Gözləyin...

Rəsmi: Naxçıvanda sığorta üzrə daxilolmalar 3 mln. manatı ötdü

Sığorta 21 July 2022

Cari ilin ilk yarımilində Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 3 milyon 96 min 500 manat olub ki, bunun da 737 min 700 manatını könüllü, 2 milyon 358 min 800 manatını isə icbari sığorta təşkil edib.

Banker.az bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına əsasən, bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 3.3% artıb.

Telegram kanalımıza abunə ol