Gözləyin...

Sığortaçıların biri-birilərinə ödənişləri asanlaşacaq

Sığorta 3 August 2022

İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemlərinin bazasında klirinq və hesablaşma sistemi yaradılır.

Bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.

Onun sözlərinə görə, bu sistemin yaradılmasına səbəb olaraq sığortaçıların bir-birilərinə qarşı yönəltdikləri subroqasiya tələbləri həftəlik qaydada qarşılıqlı klirinq olunaraq netləşdiriləcək və bu əsasda sığortaçılar biri-birilərinə ödənişlər etməsi üçündür.

“Sığortaçılar arasında qarşılıqlı subroqasiya tələblərinin tam və vaxtında ödənilməsini təminat altına alınması üçün müvafiq maliyyə təminatı mexanizmi də formalaşdırılacaqdır”, – Z.Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tə

nzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiq edb.Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib.

Məlumata görə, zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanmış qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin AVSMMİS müqaviləsi bağladığı sığortaçıya birbaşa müraciət edərək sığorta ödənişini almasını və zərərçəkənin sığortaçısının öz sığortalısına həyata keçirdiyi sığorta ödənişinin zərərvuran tərəfin sığortaçısından subroqasiya formasında alınması qaydasını müəyyən edir.

Müzakirə qrupuna keçid