Gözləyin...

SİMA ilə əməkdaşlıq dən banklar hansılardır?

Bank xəbərləri 15 September 2022

“SİMA” – bulud və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil rəqəmsal imzadır.  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılıb.

SİMA ilə müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə bankda əmanət yerləşdirə bilərlər. Həmçinin vaxt və yer məhdudiyyəti olmadan imzalanmanın günün istənilən anı elektron qaydada həyata keçirilməsi mümkündür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi bu innovativ həll vasitəsilə bank xidmətləri ilə yanaşı, elektron imzanın tətbiq olunduğu bütün sahələrdə göstərilən xidmətlərdən istifadə mümkün olacaq. Bunlara rəqəmsal dövlət xidmətləri, eləcə də bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, internet provayderlər və digər seqmentlər üzrə təqdim edilən məhsul və xidmətlər daxildir. Həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri olan imza həlli maliyyə xərclərinin azaldılmasına və vaxt itkisinin qarşısının alınmasına imkan verəcək. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Banker.az SİMA ilə tərəfdaşlıq edən bankları araşdırıb.

Paşa Bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri isə “SİMA” - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə biləcəklər. Müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən müraciət etdiyi kredit vəsaitini birbaşa onun istifadəsində olan əməkhaqqı kartına ala biləcək. Rəqəmsal xidmətlərin tətbiqinin və istifadəsinin genişləndirilməsini, eləcə də biznes proseslərinin sürətləndirilməsini hədəfləyən “SİMA” vasitəsilə gələcəkdə bankın digər  məhsullarından da istifadə mümkün olacaq.

Turan Bank rəqəmsallaşmanın genişlənməsi istiqamətində müvafiq addımlar atmağa, məsafədən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edir. “SİMA” ilə tərəfdaşlığa əsasən, müştərilər filiala gəlmədən, bank əməliyyatlarına vaxt itirmədən bir neçə toxunuşla mobil tətbiq üzərindən müvafiq sənədləri SİMA - yeni nəsil rəqəmsal imza həlli vasitəsilə təsdiqləyərək rahat şəkildə TuranBank-da əmanət yerləşdirə bilərlər. Həmçinin vaxt və yer məhdudiyyəti olmadan imzalanmanın günün istənilən anı elektron qaydada həyata keçirilməsi mümkündür. Məlumat üçün qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə gələcəkdə TuranBank-da digər məhsullardan da istifadə mümkün olacaq. Hazırda “AzInTelecom” və TuranBank tərəfindən bu istiqamətdə birgə iş aparılır. 

Yelo Bank müştəriləri Yelo mobil tətbiqindən artıq SİMA imza ilə qeydiyyatdan keçə bilərlər. Rəqəmsal imzanı əldə etmiş müştərilər növbəti mərhələdə bank xidmətləri üçün onlayn müraciət etdikdə, bütün sənədləri SİMA ilə imzalaya biləcək. Bununla da vətəndaşlar SİMA-nın üstünlüklərindən istifadə edərək banka gəlmədən, zaman itkisinə yol vermədən Bankın müxtəlif məhsullarını əldə edə biləcəklər.

.