Gözləyin...

Taksi ödənişləri üçün ən yaxşı bank kartları – SİYAHI

Məqalələr 9 January 2024

Rahatlığın əsas olduğu bugünkü  dünyada düzgün bank kartından istifadə adi xərcləri faydalı fürsətlərə çevirə bilər. Kart sahiblərinin kəşbek qazana bildiyi sahələrdən biri də taksi ödənişləridir.  
Banker.az taksi  ödənişləri üçün ən çox kəşbek təklif edən bankları araşdırıb.  
ABB TamKart Debet kartı -  “Gənc” kateqoriyasında- 10%,  “ Ailə başçısı” kateqoriyasında isə -  5% kəşbek hesablayır. ABB-nin istənilən Visa kartı ilə BOLT-da komfort taksi xidmətinə 25% endirim var. Faydalı keşbek üçün aylıq maksimal limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir. Faydalı keşbek paketi aktivləşdirildiyi təqdirdə, istənilən TamKart kartı üçün standart 1-1.5% keşbek hesablanması dayandırılıb, əvəzində 6 kateqoriyada yüksək faizli keşbek hesablanacaqdır. Faydalı keşbek üzrə kateqoriya seçimi aylıq yenilənir. Keşbek balansı 10 AZN- dən çox olduğu halda köçürmə etmək mümkündür. Əməliyyatın minimal məbləği 1 AZN təşkil edir. Vəsaiti yalnız Sizə məxsus ABB kartınıza (Pensiya, Sosial, ƏDV və Biznes/Korporativ kartları istisna olmaqla) köçürə bilərsiniz. 
Kapital Bank Birbank Cashback -  “ Bütün ödənişlər”də 1.5% kəşbek hesablayır,  yanvar ayı üzrə Uklon ödənişlərinə isə 15% kəşbek hesablanacaq. Keşbek kateqoriyaları üzrə aylıq limit 50 AZN-dir. Limit seçəcəyiniz hər 2 kateqoriyaya birlikdə tətbiq olunur, “Bütün ödənişlər 1.5%” təklifi isə istisnadır. Çünki bu kateqoriya üçün limit  500 AZN təşkil edir. Nümunə: “Market - 3%” və “Bütün ödənişlər 1.5%” təkliflərini seçdikdə “Market - 3%” kateqoriyasından 3% ilə 50 AZN keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həm market, həm də digər bütün sahələrdə ödənişlərdən 1.5% ilə keşbek qazanmağa davam edəcəksiniz. Keşbek kateqoriyaları hər ay yenilənir. Keşbek dərhal balansa oturur. 
Rabitəbank Kartmanedə -  5 % kəşbek Apple Pay və Google Pay vasitəsi ilə aparılan ödənişlərə aiddir. Standard ödənişlərdə isə 2%  hesablanır. ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 5% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 1.5% keşbek hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN  təyin edilir. Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır. 
Yelobank Yelo Light  - Taksi  ödənişlərinə 0.5% hesablayır. Ümumi əldə edə biləcəyiniz keşbek 200 AZN edir. Seçilmiş iki kateqoriya üzrə aylıq limit 100 AZN təşkil edir.  Ödəniş daxil olduqdan sonra 3-5 iş günü ərzində keşbek balansında əks olunur. Yalnız YDM kateqoriyası üzrə qazanılan yüksək cashback məbləği üçün aylıq 10 AZN məbləğində limit təyin edilib. Yelo Light və Yelo Premium kartında 10 AZN cashback hesablandıqdan sonra YDM ödənişləri Yelo Light 0.5%, Yelo Premium 1% ilə hesablanır. 
Onu qeyd edək ki, TamKart , Birbank Cashback,  Yelo Light, atb Card, “akart”, Kartmane debet kartlarında default olaraq 0.5%- 1.5% hesablana bilər. ( Bütün ödənişlər üzrə).


 

Müzakirə qrupuna keçid