Gözləyin...

“TamKart” istifadəçilərinə 8% kəşbek verəcək

Bank xəbərləri 1 March 2024

Bu Banker.az bankın rəsmi səhifəsinə istinad edir. 

Belə ki,  8 Mart Beynəlxalq Qadınlar gününə özəl kampaniyaya əsasən  TamKart istifadəçiləri “ Faydalı kəşbek” kateqoriyalarından  “Gənc”  və “Romantik” paketlərinə əlavə olunacaq 3 kateqoriya üzrə 8% keşbek qazana biləcəklər.

Kampaniyaya özəl əlavə olunmuş kateqoriyalara daxildir:

Gül dükanları: 8%

Parfümeriya: 8%

Aksesuarlar: 8%

Qeyd edək ki, “Faydalı keşbek” üçün aylıq limit 300 AZN-dir Hər bir kateqoriya üzrə qazanıla biləcək maksimal keşbek məbləği 30 AZN təşkil edir. 

Kampaniya  1- 8 mart tarixlərinə aktiv olacaqdır. 9-31 mart tarixlərində isə müştərilər  qeyd olunmuş kateqoriyalar üzrə 4% keşbek qazanmağa davam edəcək.

 

Telegram kanalımıza abunə ol