Gözləyin...

TamKart sahibləri nağdsız ödənişlərdə əlavə 10% keşbek qazanacaq

Bank məhsulları 12 December 2024

TamKart sahiblərinə özəl Yeni il kampaniyasına start verib. Belə ki, 10 dekabr 2024 – 15 yanvar 2025 tarixlərində müştərilər yeni əldə etdikləri TamKart kredit kartı ilə 20 AZN və daha yuxarı məbləğdə nağdsız ödənişlərdə əlavə 10% keşbek qazanacaqlar.

Kampaniyanın üstünlükləri:

Kampaniya müddətində edilmiş ödənişlərdən dərhal Faydalı Keşbek balansınıza köçürüləcək.

Nağdsız ödənişlərə görə 25 AZN-ə qədər əlavə keşbek qazanmaq imkanı.

Kampaniya şərtləri:

  • Kampaniya yalnız yeni əldə edilmiş TamKart kredit kartlarına şamil edilir;
  • Minimal əməliyyat məbləği 20 AZN-dir;
  • Kampaniya çərçivəsində ləğv edilmiş əməliyyatlar nəzərə alınmır;
  • Aktiv TamKart kredit kartını yenisi ilə əvəz edən müştərilər kampaniyada iştirak etmir.

Aşağıdakı əməliyyatlar kampaniyaya daxil deyil:

  • Kommunal, mobil operator, vergi/gömrük və dövlət ödənişləri;
  • Sığorta və maliyyə institutlarına ödənişlər;
  • Kredit ödənişləri, KartTransfer, Unique cash və Quasi cash əməliyyatları;
  • Nağdlaşdırma əməliyyatları.

 

Telegram kanalımıza abunə ol