“TamKart” və “Birbank Cashback” - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
İki populyar bank kartı – Birbank Cashback və TamKart – müştərilərə geniş imkanlar təqdim edir. Hansının sizin üçün daha sərfəli olduğunu müəyyən etmək üçün onların xüsusiyyətlərini müqayisə edək.
Hər iki kart həm debet, həm də kredit olaraq təqdim edilir.
Birbank Cashback: 3 il müddətinə, AZN, USD, EUR valyutalarında, Pulsuz təqdim olunur. Pulsuz çatdırılma xidməti mövcuddur. Kəşbek kateqoriyaları hər ayın əvvəli yenilənir, hər kateqoriya üzrə 1-10% kəşbek faizi təqdim olunur, 2 və ya 3 kateqoriya seçilə bilər. Kəşbek Limiti: 100 AZN (debet), 300 AZN (taksit), cəmi 300 AZN.
Nağdlaşdırma: Kapital Bank ATM-lərində 5000 AZN-dək pulsuz, digər ATM-lərdə 2 AZN komissiya tutulur.
Card to card: Nağdlaşdırma və köçürmə ümumilikdə 5000 AZN-dək pulsuzdur, 5000 AZN-dən yuxarı 0.5% ( min. 1AZN ) komissiya tutulur
TamKart: 5 il müddətinə, AZN, USD, EUR valyutalarında, Pulsuz təqdim olunur. Pulsuz çatdıırlma xidməti mövcuddur. Ön tərəfi debet, arxa tərəfi isə kredit kartıdır. Kart ilə 20%-dək keşbek və 2 qat ƏDV əldə edə bilərsiniz. Kəşbek kateqoriyaları hər ayın əvvəli yenilənir, 7 "Faydalı kəşbek" paketi təqdim olunur, yalnız 1-ni seçə bilərsiniz, hər kateqoriya üzrə 1-10% kəşbek faizi təqdim olunur. Kəşbek Limiti: maksimum 300 AZN, bir kateqoriya üzrə 30 AZN.
Nağdlaşdırma və köçürmə: Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və köçürmə aylıq 7000 AZN-dək komissiyasız, 7000 AZN-dən yuxarı isə 1% (min.1 AZN) komissiya tutulur.
Kart qalığına hesablanan faiz: 7%( Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır).
Təqdim etdiyimiz bu 2 kart haqqında daha detallı məlumat aşağıdakı cədvəldə öz əksini tapıb: