Gözləyin...

Turan Bankın “Universal kartı” nın hansı üstünlükləri və mənfi cəhətləri var?

Məqalələr 14 November 2023

Universal debet - şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür.  Universal debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR)  1, 3, 5 il müddətinə təqdim olunur. 

Banker.az “Universal Kart”ın  müsbət və mənfi cəhətlərini araşdırıb. 

Kartın müddəti - 1, 3, 5 illik. 

Kartın qiyməti –  1 illik – 10 AZN, 3 illik- 20 AZN, 5 illik – 30 AZN (yalnız Visa) 
Bakı və Abşeron yarımadasında yerləşən filiallarda hesaba - 300 AZN mədaxil əsasında yalnız 1 il müddətinə ödənişsiz verilə bilər; Digər Regionlarda yerləşən filiallarda - 100 AZN mədaxil əsasında yalnız 1 il müddətinə ödənişsiz verilə bilər; 3. TuranBankda 30 000AZN məbləğinədək əmanət yerləşdirən müştəriyə pulsuz verilə bilər.

 Valyuta - AZN/USD/EUR ilə rəsmiləşdirmək mümkündür 

Debet qalığına gəlir – 6% . Balansda olan minimum 300 AZN,  maksimum 100 000 AZN  məbləğə faiz hesablanır. Hər ayın sonu hesabınıza əlavə olunur. 

“Göy ulduz” loyallıq proqramı  - TuranBank mobilbank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və MobilBank vasitəsilə ödənişlər edərək, “göy ulduz” qismində olan bonuslar qazana bilərlər. Daha sonra istifadəçilər həmin bonusları toplayaraq, mobilbank daxilində müxtəlif ödənişlər icra edə biləcəklər.Bonusların verilməsi qaydası aşağıdakı kimidir: 
• Bonusun qazanılması üçün əməliyyatın məbləği 10 AZN-dən böyük olmalıdır. 
• Mobilbank tətbiqi üzərindən aparılan əməliyyatlarda - Hər 1 AZN əməliyyata görə 20 göy ulduz verilir. 
• Digər kanallarla (Pos-Terminal, elektron ticarət) aparılmış əməliyyatlarda – Hər 1 AZN əməliyyata görə 10 göy ulduz verilir. 
• Balansınızda olan göy ulduzlara mobil əlavə yaxud internet bank sistemində baxmaq, qazanılan göy ulduzlarla mobil əlavə və internet bank sistemi daxilində yəni ödənişlər etmək mümkündür. Bonusların xərclənməsi qaydası isə aşağıdakı kimidir:  
• Mobil əlavə və internet bank sistemlərində göy ulduzların-bonusların xərclənməsi zamanı 2000 göy ulduz=1 AZN kimi nəzərə alınır. 
Partnyor şirkətlərdən 15%-dək kəşbek əldə edə bilərsiniz.https://www.turanbank.az/az/pages/22/364

 Bonus hesablanmayan əməliyyatlar: 
• Card to card; 
• Nağd əməliyyatlar 

Nağdlaşdırma – TuranBanka məxsus ATM-lərdən 5000 AZN-dək pulsuzdur, ölkədaxili digər bank ATM-lərində 1.5%( min.2 AZN) komissiya tətbiq edilir. 

Kartdan karta köçürmələr – Kartdan göndərildikdə və karta qəbul edildikdə 0.5 % min 0.30 AZN komissiya tətbiq edilir. 
Köçürmə limiti - Card to card limiti günlük 5000 AZN təşkil edir. 
MilliÖn / E-manat terminalları ilə mədaxil zamanı nə qədər komissiya tutulur? - Hesabın artırılması zamanı 200 AZN-ə qədər 1 manat, daha yuxarı məbləğlərdə isə 0.5% komissiya mövcuddur. 
Mənfi cəhətləri  - "SMS Bankçılıq" sisteminə qoşulma və yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma ödənişlidir.
 

Müzakirə qrupuna keçid