Gözləyin...

Unibank depozit faizində dəyişiklik edib

Bank məhsulları 2 September 2022

Unibank manatda müddətli depozit faizlərinndə dəyişiklik edib.

Banker.az xəbər verir ki, həm aylıq faiz ödənişində, həm də müddətin sonunda faiz ödənişində 0.5% azalma var.

Belə ki, hazırda Unibankın manatda müddətli depozit faizləri aylıq faiz ödənişində 8.5%, müddətin sonunda faiz ödənişində isə 9% təşkil edir. Ötən ay isə bu rəqəmlər müvafiq olaraq 9% və 9.5% idi.

Bankın dollarda olan müddətli əmanətlərində isə faiz dəyişikliyi yoxdur.

Qeyd edək ki, Unibank həm manatda, həm dollarda, həm də avro valyutasında müddətli depozit təklif edir.

Müzakirə qrupuna keçid