Gözləyin...

“Unibank” kapital artımını yekunlaşdırıb

Bank xəbərləri 4 August 2022

Avqustun 4-də Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin dövlət qeydiyyat nömrəli, 11.9 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.

Bu barədə Banker.az-a BFB-dən bildirilib. Məlumata görə, abunə yazılışı zamanı anderrayterə 10 investor tərəfindən 10 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği və səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi 11.9 milyon manat təşkil edib.

Qeyd edək ki, yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Müzakirə qrupuna keçid