Gözləyin...

“Unibank”ın 12 milyon manatlıq səhmləri listinqə alınıb

Bank xəbərləri 22 July 2022

21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,900,000.00 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

2022-ci ilin 10 avqust tarixinədək abunə yazılışı həyata keçiriləcəkdir. Bakı Fond Birjasının ticarət qaydalarına əsasən abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü müddətində qiymətli kağızların ticarəti baş tutacaqdır. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

“Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlərlə bağlı məlumatlar aşağıdakı kimidir: