VTB (Azərbaycan) SİMA İmza ilə fərdi və biznes krediti rəsmiləşdirməyə başlayan ilk bankdı
®VTB (Azərbaycan) pərakəndə müştərilər üçün nağd kreditlərin və biznes üçün mikrokreditlərin SİMA İmza gücləndirilmiş rəqəmsal imza ilə tam məsafədən rəsmiləşdirilməsinə başlayıb.
Xidmətdən istifadə etmək üçün həm yeni, həm də mövcud müştərilər, VTB (Azərbaycan)-ın rəsmi saytında nağd pul krediti və ya mikrokredit məhsulunu seçməli, ərizə doldurmalı, video identifikasiyadan keçməli, bankın qərarını gözləməli və SİMA İmza-dan istifadə etməklə sənədləri imzalamalıdır. Kredit verilmə proseduru başa çatdıqdan sonra vəsait borcalanın hesabına dərhal köçürüləcəkdir.
“Bank məhsulları xəttinin rəqəmsallaşdırılması bizim üçün ən vacib öhdəliklərdən biridir. Məsafədən xidmətlərin tətbiqi müştərilərin və bankların yükünü azaldır, vaxta və pula qənaət etməyə zəmin yaradır. SİMA İmza ilə inteqrasiya sayəsində pərakəndə və korporativ müştərilərimiz özlərinə uyğun olan və istənilən vaxt kredit əldə edə bilərlər. Eyni zamanda, kredit müraciəti prosesi tamamilə təhlükəsizdir. Bu gün biz bütün seqmentlərdə müştərilərin yüksək maliyyə aktivliyini qeyd edirik. İlin 9 ayının sonunda əhaliyə verilən pərakəndə kreditlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz, sahibkarlıq subyektlərinə isə 23 faiz artıb. Biz gözləyirik ki, mövsümi amil və qarşıdan gələn yeni ili nəzərə almaqla bu tendensiya ilin sonuna qədər davam edəcək və yeni kredit imkanları göstəricilərimizi artırmağa imkan verəcək”, – deyə VTB (Azərbaycan) bankının idarə heyətinin sədri İqor Okayev bildirib.
VTB (Azərbaycan)-da SİMA İmza-dan istifadə etməklə siz 3 aydan 59 aya qədər 300-40 min manat arası istehlak krediti əldə edə bilərsiniz. SİMA İmza ilə müraciət etdikdə 1 faiz bəndinə qədər güzəşt tətbiq olunur. Sahibkarlara isə 36 ayadək 15 min manatadək mikrokredit verilir.
Kreditin rəsmiləşdirilməsi ilə bağlı ətraflı məlumatı bankın www.vtb.az/ru internet səhifəsindən və ya 986 nömrəli əlaqə mərkəzinə zəng etməklə əldə etmək olar. SİMA İmza rəqəmsal imzanın əldə edilməsi və istifadəsi ilə bağlı məlumatı www.sima.az internet saytından və ya 157 nömrəsindən öyrənə bilərsiniz.
Məlumat üçün:
SİMA İmza – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA İmza əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir. SİMA İmza Azərbaycan Respublikasının vətəndaşları, habelə fərdi sahibkarları tərəfindən istifadə olunur. Hüquqi olaraq əl imzasına bərabər tutulan SİMA İmza üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin SİMA İmzası ilə başqa bir şəxsin imza etməsi mümkünsüzdür. SİMA İmza Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında”, “Biometrik informasiya haqqında” qanunlarına və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına tam uyğundur.