Gözləyin...

Xalq Bank Cashback və Petrol kartlarını pulsuz təklif edir

Bank məhsulları 27 November 2024

31 yanvaradək XalqKart Petrol kartını 10 AZN xidmət haqqı və ya  50 AZN ilkin mədaxil ödəməklə,  XalqKart Cashback kartını isə 10 AZN xidmət haqqı  və ya 100 AZN ilkin mədaxil etməklə əldə etmək mümkündür. Kampaniyada yalnız AZN valyutalı kartlara endirim tətbiq edilir. 

Qeyd edək ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

– AZN qalığına illik 8% əlavə gəlir;

– ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

– aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

– kartın onlayn sifarişi və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. 

 

 

Telegram kanalımıza abunə ol