Xalq Bank əmanətçilərə özəl pulsuz kart təqdim edir
Xalq Bank əmanət yerləşdirən müştərilər üçün kampaniya başladıb.
Belə ki, “Proqress” və “Müddətli” əmanət məhsulları üzrə ABŞ dolları valyutasında depozit yerləşdirən fiziki şəxslərə 1 illik Mastercard Black Edition kartı pulsuz təqdim olunur. Kampaniyada iştirak etmək üçün minimal əmanət məbləği 5000 ABŞ dollarıdır. Hədiyyə kartın valyutası müştəri istəyinə əsasən seçilə bilər.
“Müddətli” əmanəti – sizə ABŞ dolları valyutalı sərbəst vəsaitlərinizi 6/9/12 ay müddətinə yerləşdirməklə əlavə gəlir qazandırır. “Proqress” əmanəti əlavə olaraq depozit məbləğinin artırılması imkanını da təqdim edir.
Qeyd edək ki, Mastercard Black Edition kartı ilə dünyanın hər yerində eksklüziv xidmətlər və imtiyazlardan yararlanmaq, vəsait nağdlaşdırmaq və ödənişlər aparmaq mümkündür. Kart səyahət sığortası proqramı, müxtəlif hava limanlarının biznes zallarına ildə 10 dəfə ödənişsiz keçid, hava limanlarında ildə 10 dəfə pulsuz sürətli keçid (Fast Track), həmçinin Mastercard Travel Rewards platformasının endirim imkanlarını təqdim edir.