Xalq Bank Visa Infinite kartlarına 50% endirim edib

Xalq Bank yeni kampaniya başladıb. Belə ki, müştərilər 15 sentyabradək Visa Infinite premium kartını xidmət haqqına və ya ilkin mədaxil məbləğinə 50% endirimlə sifariş edə biləcək. Bu şərtlərlə 1/2/3 illik Visa Infinite kartını 100/150/200 AZN ödəməklə əldə edib, dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla faydalanmaq mümkündür.
Visa Infinite kartı ilə səyahət zamanı 2.5 mln USD məbləğədək tibbi sığorta, 24/7 peşəkar Visa konsyerj servisi, ildə 6 dəfə LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, ildə 6 dəfə hava limanlarında pulsuz sürətli keçid (Fast Track), sürücü xidməti, Heydər Əliyev Beynəlxalq Aeroportu, İstanbul və Türkiyənin bir sıra kurort şəhərlərindəki hava limanlarında pulsuz transfer xidmətindən istifadə etmək olar.