Xalq Bank “Xalqkart”ları pulsuz təqdim edir
Xalq Bank 31 oktyabradək XalqKart Petrol və ya XalqKart Cashback kartlarını tamamilə pulsuz təqdim edəcək.
Həmçinin, 31 oktyabradək davam edəcək kampaniyada XalqKart sahibləri kitab, məktəb və ofis ləvazimatları, kompüter və elektrik avadanlıqlarının alışı, gül və hədiyyə mağazalarında alış-verişdə 5% keşbek/petrol qazanacaqlar.
Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
– AZN qalığına illik 8% əlavə gəlir;
– ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;
– aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
– kartın onlayn sifarişi və pulsuz çatdırılma.
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər.