"XalqKart cashback" kartının hansı üstünlükləri var? - ARAŞDIRMA
Kart haqqında ümumi məlumat
XalqKart Cashback hər yerdə nağdsız əməliyyatlara görə kəşbəklər qazandıran ödəniş kartıdır. Kart 3 illikdir.
Kampaniya: Xalq Bank kartın satış qiymətinə endirim kampaniyasını elan edir, belə ki, 31 yanvaradək XalqKart Cashback kartını isə 10 AZN xidmət haqqı ödəməklə və ya 100 AZN ilkin mədaxil etməklə əldə etmək mümkündür. Kampaniyada yalnız AZN valyutalı kartlara endirim tətbiq edilir. Çatdırılma xidməti Bakı şəhəri üzrə aktivdir. Xidmət pulsuzdur və 10 iş günü ərzində həyata keçirilir.
Kəşbek hesablanması: Hər yerdə ödənişlərdən 2% kəşbək əldə edirsiniz. Bankın partnyor olmayan Ticarət-xidmət müəssisələrində XalqKart Cashback-dən istifadə etməklə aparılan hər nağdsız əməliyyat məbləğin 2%-i miqdarında, lakin hər bir halda eyni növ MCC kodlar qrupu altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 AZN və ya 15 USD/ 15 EUR/ 15 GBP qazandırır.
Aylıq minimal kəşbək məbləği: 3 AZN, 2 USD/EUR/GBP
Aylıq maksimal kəşbək məbləği: 300 AZN, 150 USD/EUR/GBP
Kartdakı qalığa gəlir: Hesabda qalığa illik 8% gəlir. Qalığa faiz hesablanması yalnız AZN valyutalı XalqKart CASHBACK kartı üçün keçərlidir.
Kartın faiz hesablanan gündəlik minimal qalıq məbləği: 100 AZN
Kartın faiz hesablanan gündəlik maksimal qalıq məbləği: 2000 AZN
Nağdlaşdırma
Xalq Bank ATM-lərində: AZN valyutalı XalqKart Cashback kartları üzrə - aylıq 1000 AZN-dək komissiyasız, daha çox məbləğdə 0.5 %, min. 0.4 AZN;
Digər ATM-lərdən: 1.5 %, min. 1.6 AZN komissiya tutulur .
Köçürmə
Ölkədaxili Card to Card əməliyyatı (aylıq 5000 azn-dək, 5000 AZN-dən yuxarı xidmət haqqı tutulacaq) pulsuzdur.
Karta mədaxil: Xalq Kart balansını Bankın filiallarından, Cash In tipli ATM-lərindən və ödəmə terminallarından əlavə komissiya ödəmədən artırmaq olar.
Kəşbək balansının izlənilməsi: SMS məlumatlandırma xidmətinə qoşulmaqla əməliyyatlar üzrə qazanılmış kəşbək məbləği barədə məlumat əldə etmək mümkündür.
Tərəfdaş şəbəkəsində kəşbək qazanılması: XalqKart CASHBACK kartları ilə Bankın tərəfdaş ticarət və xidmət məntəqələrində Xalq Bankın POS terminalları ilə ödəniş edildiyi halda mümkündür.
Bir şəxs eyni valyutada yalnız bir XalqKart CASHBACK əldə edə bilər.