Gözləyin...

XalqKart sahibləri alış-verişdə 5% keşbek və petrol qazanacaqlar

Bank məhsulları 9 September 2024

Xalq Bank XalqKart müştərilərinə 31 oktyabradək 5 kateqoriya üzrə alış-verişdə 5% keşbek/petrol təklif edir. Belə ki, kampaniya müddəti ərzində XalqKart Petrol kartı kitab, məktəb və ofis ləvazimatları, kompüter və elektrik avadanlıqlarının alışı, gül və hədiyyə mağazaları, eləcə də gözəllik salonlarında 5% petrol, XalqKart Cashback kartı isə 5% keşbek qazandıracaq.

Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

 -        AZN qalığına illik 8% əlavə gəlir;

–           ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

–           aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

–           kartın onlayn sifarişi və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. 

 

 

Telegram kanalımıza abunə ol