Yancaqdoldurma məntəqələrində ən çox kəşbek verən bank kartları
Qarant.az Azərbaycan banklarının yanacaq “kəşbək”lərini təqdim edir:
·ABB: TamKart Debet kartı ilə IST Petrolda 7%, digər YDM-lərdə 1% kəşbək təklif olunur. Maksimal keşbək limiti 30 AZN-dir.
·Rabitəbank: Kartmane Kredit kartları ilə Apple Pay/Google Pay vasitəsilə ödənişlərdə 10%, debet kartlarda 3% kəşbek təklif olunur. Kart vasitəsilə ödənişdə isə müvafiq olaraq 1% və 0.5% kəşbək təqdim olunur. Maksimum keşbək məbləği 30 AZN.
· Bank of Baku: Bolkart Azpetrol və SOCAR YDM-lərində 7% kəşbək verir. Maksimal limit: 15 AZN.
· AFB Bank: Mono Kart Apple/Google Pay ödənişlərində 5%, kartla ödənişlərdə 1.5% kəşbək təklif edir. Maksimal kəşbək limiti ümumilikdə 50 AZN-dir.
· Bank Respublika: NeoKart YDM xərclərində 5%-dək kəşbək təqdim edir. Hər kateqoriya üzrə limit fərqli olaraq müəyyənləşdirilir.
·Kapital Bank: Birbank Cashback kartı ilə YDM-lərdə 2% kəşbək təklif olunur. Maksimal limit 100 AZN-dir.
· XalqBank: XalqKart Petrol ilə 3% Oil-bonus qazanmaq mümkündür. Bonuslar yalnız Azpetrol YDM-lərində istifadə olunur. Maksimal aylıq limit 300 Oil-bonus. 1 OİL bonusu 1 AZN ekvivalentinə bərabərdir.