Gözləyin...

“Yapı Kredi Bank Azərbaycan” 2021-ci il üzrə audit hesabatını açıqladı

Bank xəbərləri 31 May 2022
“Yapı Kredi Bank Azərbaycan” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına (MHBS) cavab verən 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb. MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB 2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 417 milyon 826 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 13% artımdır. Bunun 149 milyon 579 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 19% böyüyüb. BANKDA MÜŞTƏRİLƏRİN VƏSAİTLƏRİ ARTIB 2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın depozit portfeli (müştərilərin vəsaitləri) 15% artaraq 286 milyon 424 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə 326 milyon 297 min manat təşkil edib.
Telegram kanalımıza abunə ol