Gözləyin...

Yapı Kredi Bank Azərbaycan Trendyol ödənişlərinə 10% kəşbek təklif edir

Bank məhsulları 25 December 2024

Yapı Kredi Bank 8 yanvar 2025 tarixinədək Trendyol platforması vasitəsilə həyata keçirilən əməliyyatlarda bütün müştərilərinə 10% məbləğində keşbek qazanacaqdıracaq. 

 Kampaniya ilə bağlı ətraflı şərtlər aşağıdakı kimidir:

1. Kampaniya müddətində Trendyol platformasında edilən əməliyyatlar nəticəsində kart müştərilərinə 10% məbləğində keşbek təqdim ediləcəkdir.

 2. Kampaniya yalnız Trendyol-un rəsmi veb saytı və mobil tətbiqi üzərindən edilən alış-verişlər üçün keçərlidir.

3. Kampaniyada bankın bütün növ kartları (həm debit, həm kredit) iştirak edir.

4. Kampaniya həm VISA, həm də Mastercard kartları üçün keçərlidir.

5. Həm fiziki şəxslər, həm də hüquqi şəxslərə məxsus kartlar kampaniyaya daxildir.

 6. Bir müştərinin kampaniya çərçivəsində əldə edə biləcəyi maksimal keşbek məbləği 30 AZN-dir.

7. Qazanılmış keşbek məbləğləri kampaniya bitdikdən sonra müştərilərin kartlarına köçürüləcəkdir.

8. Geri qaytarılmış (iadə edilmiş) əməliyyatlar kampaniya çərçivəsində nəzərə alınmayacaqdır.

 

Telegram kanalımıza abunə ol