Gözləyin...

Yapı Kredi Bank Azərbaycan Türkiyəyə pul köçürmələrini asanlaşdıracaq

Bank xəbərləri 1 August 2024

Yapı Kredi Bank Azərbaycan  Türkiyəyə Azərbaycan Manatı (AZN) valyutasında köçürmələri daha rahat və sürətli edilməsi üçün yeni xidmətini təqdim edir. Bu xidmət, iş adamları və fərdi müştərilər üçün mühüm yenilik olacaq.

Bu xidmət sayəsində AZN valyutasında Türkiyəyə pul köçürmələrini Yapı Kredi Bank-ın filiallarından, internet və mobil bankçılıq vasitəsilə limitsiz məbləğdə həyata keçirilə biləcək.

Müştərilər bu xidmətdən faydalanaraq Türkiyəyə  “Yapı Kredi Bankası A.Ş”dəki istənilən AZN valyutasında hesaba , eyni ilədə buradan Yapı Kredi Bank Azərbaycandakı istənilən AZN valyutasında hesaba daha asan və sərbəst köçürmə edə bilərlər.

Telegram kanalımıza abunə ol