Yapı Kredi Bank Azərbaycanda pul köçürmələri zamanı komissiya tutulmayacaq
31.07.2023 tarixinədək davam edəcək kampaniya çərçivəsində həm Pulkart həm Worldcard-dan ölkədaxili istənilən bank kartlarına edilən köçürmələr komissiyasızdır.
Lakin kredit kartlarında(worldcard) illik faiz nağd əməliyyatlarda olduğu kimi göndərilən gündən hesablanacaqdır. Digər bankların mobil tətbiqləri üzərindən edilən köçürmə zamanı kredit kartlarına 1.5% (min 3 AZN), Pulkartlara isə 2%+1 AZN komissiya tətbiq ediləcəkdir.
Qeyd edək ki, kampaniya olmayan dövrdə komissiyasız köçürmə sadəcə Pulkartlar ( Debet) üçün və 5000 AZN-dək olan məbləğlərdə keçərlidir. Bir köçürmə zamanı göndərilə biləcək maksimal məbləğ 19,999 AZN təşkil edir. YapıKredi Bank kartlarından(na) köçürmə əməliyyatlarının edilməsi sadəcə ölkə daxili kartlara(dan) mümkündür.