Gözləyin...

Yelo App ilə xaricə sürətli pul köçürmələri

Bank xəbərləri 20 June 2023

Təqdim etdiyi innovativ mobil həllərlə müştərilərini sevindirən Yelo Bank-dan növbəti yenilik! Bankın Yelo mobil tətbiqi ilə xaricə pul köçürmələri artıq Yelo Mastercard kartları üçün də aktivdir. Bu xidmət sayəsində filiala gəlmədən günün istənilən vaxtı 200-dən çox xarici ölkəyə pul köçürmək mümkündür. 

Xidmət olduqca sadə və rahatdır. Bunun üçün Yelo tətbiqində qeydiyyatdan keçmiş müştərilər pul köçürmək istədikləri xarici bank kartının 16 rəqəmini və kart sahibinin məlumatlarını daxil etməlidirlər. Göndərilən vəsait dərhal qarşı tərəfin hesabına oturur. Xaricə pul köçürmə ilə yanaşı Yelo kartları ilə xaricdən pul qəbul etmək də mümkündür.

Yelo bank tətbiqi ilə bir sıra bank xidmətlərini 24/7 həyata keçirmək olur. Bu tətbiqlə banka gəlmədən tam onlayn kredit əldə etmək və ya kart sifariş etmək, hesablar, xərc və gəlirlərə nəzarət etmək, cashback bonuslarını izləmək və hesaba köçürmək mümkündür. Elə indi smartfonunuza Yelo tətbiqini yükləyin və parlaq bank təcrübəsindən zövq alın: https://bit.ly/ylmbltb 

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Telegram kanalımıza abunə ol