Yelo Bank aqrar sahədə çalışanlar üçün yeni aqro kredit kartını təqdim edib
Yelo Bank aqrar sahədə çalışan hüquqi şəxs və fərdi sahibkarlar üçün aqro kredit kart məhsulunu təqdim edir. Bu məhsulun aşağıdakı üstünlükləri var:
• Kredit məbləği: 5000 AZN-dək
• Kredit xəttinin müddəti: 24 ay
• Güzəşt müddəti: 12 ayadək
• Kredit xəttindən təkrar istifadə imkanı
• Sürətli rəsmiləşdirmə prosesi
Kartın əsas üstünlüyü olan güzəşt müddəti nağdlaşdırılmış hər vəsaitə şamil olunur, yəni bu kartla nağdlaşdırılmış istənilən məbləğli əməliyyata görə 12 ayadək güzəşt müddəti tətbiq olunur.
Xərclərinizə və kredit ödənişinizə nəzarət etmək üçün sadə interfeysi ilə fərqlənən Yelo App də 24/7 xidmətinizdədir. Qeyd edək ki, aqro kredit kartı pulsuzdur. Kart vasitəsilə Yelo Bank ATM və ofislərindən, həmçinin Azərpoçt ATM-lərindən nağdlaşdırma komissiyasızdır.