Gözləyin...

Yelo Bank “Onlayn Əmanət” xidmətini təqdim edir.

Bank məhsulları 13 August 2024

Belə ki,  artıq  bir neçə dəqiqə ərzində  Yelo mobil tətbiqində filiala gəlmədən Yelo Sabit və Yelo Yığım əmanət məhsullarını əldə edə bilərsiniz. Xidmətdən istifadə zamanı heç bir fiziki sənəd tələb edilmir, sənədlər SIMA vasitəsilə imzalanır, beləliklə bütün proses tam onlayn qaydada baş verir. 

Əmanət məbləğini həm Yelo Bank-dan olan kart və ya cari hesabınızdan, həmçinin tətbiqə əlavə edilmiş digər bank kartlarının balansından köçürə bilərsiniz. Müraciətiniz təsdiqləndikdən dərhal sonra əmanət hesabınız aktivləşir. Bundan sonra Yelo mobil tətbiqində qazancınıza 24/7 nəzarət edə bilərsiniz.