Gözləyin...

“Yelo Bank”ın səhmdarları iclas keçirəcək

Bank xəbərləri 10 June 2022
“Yelo Bank” ASC-nin səhmdarları gələn ayın sonu toplaşırlar. Bu barədə Banker.az “Yelo Bank” ASC-nin Müşahidə Şurasının açıqlamasına istinad edir. Diqqətinizə çatdırmaq istəyirik ki, 25 iyul 2022-ci il saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin baş ofisində səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur: 1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2021-ci ilin yekunları üzrə illik maliyyə hesabatının təsdiqi; 2. Yığıncağın gündəliyində duran digər məsələlər. Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim etməyiniz xahiş olunur. Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.