Gözləyin...

Yelobank sahibkalara komissiyasız Mobil POS xidməti təklif edir

Bank məhsulları 9 July 2024

Yelobankın Mobil POS xidmətinə qoşulan sahibkarlar 3 ay ərzində Mobil POS-dan keçən əməliyyatlara görə heç bir komissiya ödəməyəcəklər. Xidmətin digər üstünlükləri:

  • Xidmətə qoşulma pulsuzdur
  •  Heç bir dövriyyə tələbi yoxdur
  •  Hesabın açılması üçün xidmət haqqı alınmır  
  • Sahibkara biznes kartı hədiyyə edilir 
  • Biznes kartdan və cari hesabdan nağdlaşdırma zamanı bank komissiyası tutulmur.


Qeyd edək ki, Yelo Mobil POS, mobil cihazlarında təmassız ödənişləri qəbul etmək imkanı yaradan xidmətdir. Dövriyyədən aslı olmayaraq, depozit tələb olunmadan sahibkarlar öz smartfonunu və ya planşetini mobil POS terminal kimi istifadə edə bilərlər. Xidmət üçün cihaz Android əməliyyat sistemi ilə işləyən və NFC dəstəkləyən olmalıdır.

Kampaniya 31 iyuladək davam edəcək.