Gözləyin...

Yığım əmanəti hansı banklarda daha sərfəlidir?

Bank xəbərləri 26 July 2022

“Yığım əmanəti”  məhsulu bank müştərilərinə  vəsaitlərini rahat şəkildə yığmağa imkan yaradır. “Yığım əmanətinin” digər müddətli əmanətlərdən fərqi odur ki, əmanət hesabının balansı müştərilər tərəfindən artırıla bilər. Bu da müştərilərə planlı şəkildə pul vəsaitlərini artırmağa, həmçinin yığımlarından faiz qazancı əldə etməyə imkan yaradır. 

Adətən yığım tipli əmanətlər üzrə cəlbetmə faiz dərəcələri müddətli əmanətlərlə müqayisədə daha aşağı olur. Bunun səbəbi isə başadüşüləndir, çünki əmanətçilər bu tip əmanətlərdə faizləri aylıq götürərək yenidən həmin əmanətin üzərinə artırmaqla ikiqat fayda əldə edə bilirlər. Həmçinin “yığım əmanətlərində” əmanətin artırılması şərtlərində bəzi məhdudiyyətlər tətbiq edilir. Bu məhdudiyyətlər əsasən minimal artım məbləği və artımın müddəti ilə bağlı olur. 

Banker.az  bankların təklif etdiyi sərfəli “Yığım əmanətləri” və əsas şərtlərini araşdırıb.