Zaminsiz kredit verən banklar və kredit şərtləri - Siyahı

Banklarda kredit götürən zaman kreditin təminat üsullarından biri də zaminlikdir. Bəzi banklarda hətta 2 zamin tələb ola bilər. Zaminsiz kreditlər isə heç bir girov tələb etməyən kreditlərdir.Zaminsiz kreditlərə misal olaraq fərdi kreditlər, tələbə kreditləri və kredit kartları daxildir.
Banker.az zaminsiz kredit verən bankları araşdırıb.
ABB 16%-dən başlayan, 10 000 AZN-dək zaminsiz kredit təklif edir. Kreditin müddəti 48 ayadəkdir. Komissiya 1%, min. 20 AZN. Krediti hazırda işlədikləri müəssisələrdə iş stajı ən azı 6 ay olan əməkdaşlar, yaşı minimum 20, maksimum – kredit öhdəliyinin sonuncu ödəniş tarixinə 65 yaşı olanlar, həmçinin digər bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə əməkhaqqı alan şəxslər də əldə edə bilər.
Azər Türk Bankda 16%-dən başlayan, 15 000 AZN-dək zaminsiz kredit təklif olunur. Kreditin müddəti 48 ayadəkdir.Komissiya 2% (min. 50 AZN). Krediti rəsmi iş yeri olan istənilən şəxs / təqaüdçü, ümumi iş stajı 6 ay, sonuncu iş yerində stajı (fasiləsiz keçid) ən azı 3 ay olan şəxslər əldə edə bilər. Minimum əməkhaqqı tələbi yoxdur.
Bank of baku 14%-dən başlayan, 17 500 AZN-dək zaminsiz kredit təklif edir. Kreditin müddəti 60 ayadəkdir. Komissiya 4%-ə qədər. Krediti yaşı 65-ə qədər olan , sonuncu iş yerində stajı minimum 6 ay olan şəxslər əldə edə bilərlər.Minimum əməkhaqqı borcalanın iş yerindən aslı olaraq müəyyən edilir.
Bank Respublika 14%-dən başlayan, 30 000 AZN-dək zaminsiz nağd kredit təklif edir. Kreditin müddəti 48 ayadəkdir.Komissya 0%.
Express Bankda 14%-dən başlayan, 20 000 AZN-dək zaminsiz kredit təklif olunur. Kediitin müddəti maksimal 60 ayadəkdir. Komissiya min 0%.
Rabitə Bankda illik 22%-dək , 10 000 AZN-dək nağd pul krediti təklif olunur.Kreditin müddəti 36 ayadəkdir. Komissya 1%. Krediti rəsmi iş yeri olan , yaşı 20 - 65 (kreditin son ödəniş tarixi 65 yaşdan çox olmamalı) olan şəxslər əldə edə bilər.
Xalq Bankda illik 12%-dən başlayan, 5 000 AZN-dək istehlak krediti təklif olunur. Müddəti 36 ayadəkdir. Komissiya 0.2% (min. 20 AZN,maks. 1 000 AZN). Krediti iş stajı sonuncu iş yerində minimum 6 ay olan , yaş həddi 20 -70 yaşadək (kreditləşmə müddətinin sonuna) olan, mənfi kredit tarixçəsi olmayan şəxslər əldə edə bilər.
Yapı Kredi Bankda illik 15%-dək , məbləğ maksiumum 20 000 AZN-dək olan kredit təklif olunur. Kreditin müddəti 36 ayadəkdir.Dövlət işçiləri, müəllimlər , xarici və yerli neft,rabitə,telekomunikasiya,IT və s. şirkətlərində işləyən şəxslər, bank işçiləri Yapı Kredi Bank Azərbaycan-dan əmək haqqı alan müştərilər zaminsiz kredit əldə edə bilər. Xüsusi hallarda bank zamin və başqa sənədlər tələb etmə hüququna sahibdir.
Access Bank , Unibank, Turan Bank və Yelo Bankda zaminsiz kredit fərdi təhlil əsasında kredit mütəxəssisləri tərəfindən təyin olunur.