Gözləyin...

Ziraat Bank Azərbaycan müştərilərinə MilliÖn ödəniş terminalları vasitəsi ilə mədaxil imkanını yaratdı

Bank məhsulları 2 December 2024

 Ziraat Bank  müştərilərinin istər fiziki, istərsə də hüquqi şəxs müştərilərinin cari və kart hesablarına MilliÖn ödəniş terminalları vasitəsilə mədaxil imkanı yaradıb. 

Ziraat Bank Azərbaycanın müştəriləri, Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinə malik olan MilliÖn ödəniş terminalları vasitəsilə artıq banka gəlmədən kart və cari hesab balanslarını asanlıqla artıra bilərlər. Digər üstünlük isə bu terminalların AZN valyutası ilə yanaşı, USD və EUR əskinazlarını qəbul edə bilməsidir. Kart hesabına mədaxil etmək üçün kartın üzərindəki 16 rəqəmli kodu daxil etmək kifayətdir. Cari hesabına mədaxil etmək istəyən fiziki şəxslər isə öz FİN kodunu, Hüquqi şəxs və sahibkarlar isə VÖEN nömrəsini daxil etməklə istəklərini reallaşdıra bilərlər.  Qeyd edək ki, MilliÖn vasitəsilə minimal mədaxil məbləği 1 AZN, USD, EUR maksimal məbləğ isə 5000 AZN, USD və EUR təşkil edir. 

Telegram kanalımıza abunə ol