Zolotaya Korona ilə Rusiyaya pul köçürmələri üzrə komissiyalar nə qədərdir?

Zolotaya Korona (KoronaPay brendi) fiziki şəxslərə, banklara və təşkilatlara ödəniş xidmətləri göstərən Rusiyanın ödəniş sistemidir.
Zolotaya Korona ödəniş sisteminin xidmətləri Rusiyada, MDB ölkələrində, eləcə də MDB-dən kənar ölkələrdə 550-dən çox bank və tərəfdaşların infrastrukturunda mövcuddur.
Bu ödəniş sistemiylə pul köçürmələri üç valyutada - ABŞ dolları, avro və Rusiya rublu ilə mümkündür.Əməliyyat bir neçə dəqiqəyə həyata keçirilir.Komissiyanı yalnız pulu göndərən tərəf ödəyir. Zolotoya Korona vasitəsilə pul köçürməsi üzrə komissiyalar bankdan asılı olaraq fərqlənir. Komissiya 0.5%-1% arasnda dəyişir. Əgər köçürmə Azərbaycan manatı ilə olarsa, bu zaman köçürməyə görə komissiya tutulmur.
Banker.az Azərbaycandan Rusiyaya Zolotoya Korona ödəniş sistemi vasitəsilə təcili pul köçürmələri zamanı tutulan komissiyaları araşdırıb.
* Access Bankda maksimum tutulan komissiya 50 USD/EUR və ya 2000 RUB-dur.
*ASB və Turan Bankda maksimum tutulan komissiya 1000 RUB, 20 USD/EUR-dur.
* Bank of Bakuda maksimum tutulan komissiya 20 USD/EUR-dur.
*Rabitə Bankda pul köçürməsinin maksimal məbləği 500 000 rubl və ya 10 000 ABŞ dollarının rubl ekvivalenti təşkil edir.
*Yelo Bankda kampaniya çərçivəsində Rusiya Federasiyasına köçürmələrin göndərilməsi üçün xidmət haqqı 0,8% təşkil edir. Kampaniya müddəti 31.08.2022-ci il tarixinədək qüvvədədir. Ay ərzində köçürmə üçün təyin olunan limit - 10.000 USD (ekv) təşkil edir.